İdman

Əliyar Ağayevin təyinatı "Olimpiakos"un narazılığına səbəb olub

28 Fevral 2023 21:14
Baxış: 1 333
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin Yunanıstan Kubokunun yarımfinal mərhələsində "Olimpiakos" və AEK arasında keçiriləcək cavab oyununa təyinat alması meydan sahiblərini narazılığına səbəb olub.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, Pirey təmsilçisinin vitse-prezidenti Kostas Karapapas bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

O, Yunanıstan Futbol Federasiyasını verdiyi qərara görə ələ salıb: "Nəhayət, federasiya səsimizi eşitdi və oyunumza böyük liqadan hakim təyin etdi. Məlumdur ki, Azərbaycan öz çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Serie A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!", - Karapapas yazıb.

Qeyd edək ki, qarşılaşma martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.