İdman

Mahir Emreli bu gün debüt edə bilməyəcək

25 Fevral 2023 22:27
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Konyaspor"a transfer olunan millimizin üzvü Mahir Emreli Türkiyə Superliqasında bu gün keçiriləcək "Fənərbaxça"ya qarşı 23-cü turun təxirə salınmış matçında iştirak etməyəcək.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsində yer almayıb. Türkiyə mətbuatı yazıb ki, Mahir Emrelinin transferi fevralın 6-dan sonra gerçəkləşdiyi üçün qaydalara əsasən İstanbul təmsilçisinə qarşı təxirə salınmış görüşdə oynaya bilməz. Çünki "Fənərbaxça" - "Konyaspor" oyunu fevralın 6-ı keçirilməli idi. Ancaq zəlzələ səbəbindən qarşılaşma təxirə salınmışdı.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.