İdman

Mahir Emreli “Konyaspor”un son məşqində - FOTO

21 Fevral 2023 07:54
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin futbolçusu Mahir Emrelinin yeni komandası "Konyaspor" "Fənərbaxça" ilə 14-cü turdan təxirə salınan matçın hazırlıqlarını bir günlük fasilədən sonra yenidən bərpa edib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, M.Emreli də məşq də iştirak edib. 

Qeyd edək ki, sabah "Konyaspor" Türkiyə 2-ci liqa təmsilçisi "Ayfonspor"la yoxlama oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Fevralın 25-də isə "Konyaspor" "Fənərbaxça" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.