İdman

"Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu" - Tahir Gözəl

17 Fevral 2023 00:11
Baxış: 2 034
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. "Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner "köhlən atlar"ın Azərbaycan futbolunun tarixində yeni ilkə imza atdığını bildiirb: "Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.