İdman

Məşhur basketbolçudan Türkiyəyə dəstək

9 Fevral 2023 22:57
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin milli basketbolçusu Furkan Korkmazın zəlzələdən zərərçəkənlər üçün başlatdığı yardım kampaniyasına komanda yoldaşı, "Filadelfiya 76ers"in oyunçusu Ceyms Harden də qoşulub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Furkan tviter hesabından məlumat paylaşıb.

Korkmaz açıqlamasında "Hardenlə də danışdım. O, bizim dərdimizə şərik olduğunu və nə lazımdırsa etmək istədiyini bildirdi. Onun imzalı formasını da hərracla satışa çıxarırıq. Əldə olunacaq gəlir zəlzələ bölgəsində istifadə etmək üçün Ahbap Dərnəyinə göndəriləcək", - deyə qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.