İdman

FİFA-dan Uruqvay millisinin futbolçularına ağır cəzalar

28 Yanvar 2023 08:20
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Uruqvay millisini DÇ-2022 matçında baş verən insidentlərə görə cəzalandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Uruqvay DÇ-2022-nin qrup mərhələsinin son turunda Qana üzərində qələbə qazanıb (2:0), lakin qol fərqinə görə pley-offa vəsiqə əldə edə bilməyib. Bundan sonra Uruqvayın oyunçuları qalmaqal yaradıblar. "Atletiko"nun müdafiəçisi Xose Ximénes hakimlərə söyüş söyüb. Uruqvay yığmasının futbolçuları qanalıların qapısına iki penalti təyin etməyən Daniel Sibertin başçılıq etdiyi hakimlər briqadasının yanına gediblər. Ximenez Sibertə hücum etmək istəyərkən, səhvən FİFA direktorlarından birinə dirsəklə vurub.

FİFA Uruqvay Futbol Assosiasiyasını (AUF) azarkeşlər tərəfindən ayrı-seçkilik törətdiyinə, eləcə də komanda üzvlərinin nalayiq davranışlarına, təhqirlərinə və ədalətli oyun prinsiplərinin pozulmasına görə cəzalandırıb.

AUF FİFA-nın himayəsi altında Uruqvayın növbəti ev oyunu üçün stadionun qismən bağlanması ilə cəzalandırılıb. Assosiasiya həmçinin 50 000 İsveçrə frankı məbləğində cərimələnib.

Həmçinin ayrı-ayrı futbolçulara da sanksiya tətbiq edilib. Ximenez 4 oyunluq cəzalanıb, 20 min frank cərimə olunub və FİFA-nın ictimai işlərində iştirak etməlidir. "Qalatasaray"ın qapıçısı Fernando Muslera da analoji cəza alıb.

"Valensiya"nın hücumçusu Edinson Kavani 1 oyunluq cəzalanıb, 15 min frank cərimə olunub və FİFA-nın ictimai işlərində iştirak etməlidir. "Velez Sarsfild"in müdafiəçisi Dieqo Godin də oxşar cəza alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.