İdman

“Real Madrid”in keçmiş futbolçusu “Sabah”a keçə bilər

2 Yanvar 2023 09:18
Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, vinger "Sabah"la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Superliqa təmsilçisi "Ankaragücü"nün heyətində çıxış edən Xese Rodrigez "Real Madrid"in yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı PSJ, "Las Palmas", "Stok Siti", "Betis", "Sportinq" kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı "Ankaragücü"ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.