İdman

Vətən müharibəsi şəhidinin övladı Azərbaycan çempionu oldu - FOTO

28 Dekabr 2022 16:03
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi şəhidinin övladı Azərbaycan çempionu olub.

Bu barədə Milli.Az-a Azərbaycan Kapoeyra Federasiyasından məlumat verilib. Məlumatda bildirilir ki, federasiyanın 15 illiyinə həsr olunmuş Kapoeyra üzrə Republika Birincliyi başa çatıb.

Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışlarda müxtəlif klublardan 200-ə yaxın yeniyetmə bacarıqlarını nümayiş etdirib. 13-15 yaşlı idmançıların birinciliyində Şahin Xurşudov bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına laqyiq görülüb. Gənc çempionumuz 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş kiçik çavuş Nazir Xurşudovun oğludur.

Qeyd edək ki, Şahin Xurşudov Kapoeyra idman növü ilə ilk dəfə 2021-ci ildə Şəhid övladları üçün təşkil edilmiş "Qaliblər Düşərgəsi"ndə məşqul olmağa başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.