İdman

“Barselona”nın satmayacağı 6 futbolçu

25 Dekabr 2022 10:02
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu növbəti transfer pəncərəsində qətiyyən satmaq fikrində olmadığı futbolçuların siyahısını dəqiqləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu siyahıya müdafiəçilər Ronald Arauxo və Jül Kunde, yarımmüdafiəçilər Pedri və Qavi, həmçinin hücumçular Ansu Fati və Robert Levandovski daxildir.

Bundan başqa, İspaniya klubu yarımmüdafiəçi Frenki De Yonqla yolları ayırmağı planlaşdırmır.

"Barselona"nın iqtisadi vəziyyəti və xüsusən də klubun "Maliyyə Fair Play" şərtlərini yerinə yetirməklə bağlı üzləşdiyi çətinliklər gələn yay futbolçuların gedişinə səbəb ola bilər.

Xatırladaq ki, "Barselona" İspaniya La Liqasinda 14 turdan sonra 37 xal toplayaraq turnir cədvəlində ilk sırada qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.