İdman

Azarkeş Ronaldonun üzərinə su atdı

11 Dekabr 2022 18:56
Baxış: 1 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin 1/4 finalında Mərakeşlə oyun öncəsi azarkeş Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun üzərinə su tökmək istəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Hadisə 37 yaşlı hücumçu komandasının ehtiyat oyunçular skamyasına gedərkən baş verib. Azarkeşlərdən biri tribunadan əyilib və Ronaldoya butulkadan su atıb. Azarkeş digər fanatlar tərəfindən dərhal dayandırılıb.

Sonra mühafizəçilər həmin şəxslə danışıb və onu stadiondan çıxarıblar.

Qeyd edək ki,  Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzub. Ronaldo 51-ci dəqiqədə meydana daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.