İdman

Corcina əsəbləşdi: “Dost dediyin o şəxs..."

11 Dekabr 2022 10:31
Baxış: 3 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriqes millinin baş məşqçisi Fernando Santoşu yenə də tənqid edib. 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Corcino sosial şəbəkədə yazdığı statusda Mərakeşlə oyunda Ronaldonun ehtiyatda saxlanılmasına və məğlubiyyətə görə məşqçini günahlandırıb:

"Bu gün sənin dostun və məşqçiniz pis qərar verdi. Haqqında heyranlıq və hörmətlə danışdığın dost! Sən oyuna girəndə o, hər şeyin necə dəyişdiyini gördü, amma artıq çox gec idi. Dünyanın ən yaxşı oyunçusunu, ən güclü silahınızı qiymətləndirməmək olmaz. Siz buna layiq olmayan birinin müdafiəsinə qalxa bilməzsiniz. Həyat bizə dərs verir. Bu gün uduzmadıq, öyrəndik. Kriştiano, biz sənə heyranıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.