Dünya çempionatının 1/4 final mərhələsinin Xorvatiya və Braziliya matçı gərgin mübarizə və gözlənilməz sonluqla yadda qalıb.
Lakin oyun təkcə meydança da deyil, tribunalarda da fərqli görüntülərlə seçilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşmanın meydandan kənar qəhrəmanı isə artıq DÇ-nin ən populyar xanımı kimi ad çıxaran xorvatiyalı model İvana Knoll olub.
Ölkə gözəli yeni geyimi ilə diqqət çəkib. Onun cazibədarlığı bu dəfə də komandasına uğur qazandırıb.
Milli.Az