İdman

Argentina yenə Niderlandı penaltilərdə məğlub etdi - VİDEO - FOTO

10 Dekabr 2022 07:05
Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2022-nin 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

İkinci yarımfinalçı Niderland - Argentina cütündə bəlli olub.

Dünya çempionu adına əsas namizədlərdən olan cənubi amerikalılar Lionel Messinin son mundialında finala doğru daha bir addım atıb. Startdakı məğlubiyyətdən sonra 3 qələbə qazanan argentinalılar bu dəfə Qətərdəki çempionatda məğlub olmayan avropalılara qarşı çətinlik çəkib. 2 qol ilə hesabda öndə olsalar da, niderlandlılar Luvi van Xaalın əvəzetmələri sayəsində hesabı bərabərləşdirib. "Beşiktaş"ın hücumçusu Vaut Vexorstun dublu oyunun əlavə vaxta aparıb. Daha sonra oyun penaltilərə kimi uzanıb. Lakin 2014-cü il mundialının yarımfinalında olduğu kimi, Argentina penaltilər seriyasında üstün olub və yarımfinala vəsiqə qazanan ikinci komanda olub.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

DÇ-2022
1/4 final
9 dekabr
23:00. Niderland - Argentina - 2:2 (penaltilər - 3:4)
Qol: 
Vaut Vexorst, 83, 90+11 -Nauel Molina, 35. Lionel Messi, 73 (penalti)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.