İdman

Pele Braziliya millisinin oyununu xəstəxanada izləyəcək

5 Dekabr 2022 22:10
Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele ölkəsinin Qətərdəki dünya çempionatında Cənubi Koreyaya qarşı keçirəcəyi 1/8 final oyununu müalicə aldığı xəstəxanada izləyəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə veteran hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, vacib görüşdən öncə futbolçulara uğurlar arzulayıb: "Hər birinizə azarkeşlik edəcəyəm".

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.