DÇ-nin təşkili 500-ə yaxın fəhlənin ölümünə səbəb olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qətər ölkədə futbol üzrə dünya çempionatının təşkili ilə əlaqədar "400-500 arası" fəhlənin öldüyünü bəyan edib.
Milli.Az "AP"yə istinadən xəbər verir ki, bu sayın Dohanın daha öncə göstərdiyi rəqəmdən kəskin yuxarı olduğunu yazır. Qətərdə bu çempionatın təşkilinə cavabdeh ali komitənin baş katibi Həsən əl-Tavadi britaniyalı jurnalist Piers Morqanla müsahibəsində sözügedən rəqəmi dilə gətirib.
İnsan haqları qrupları Dünya Kubokunun təşkilinin miqrantlar arasında səbəb olduğu itkini indiyədək tənqid ediblər. Qətərdə çempionatdan ötrü 200 milyard dollara stadion, metro xətləri, yeni infrastruktur tikilib. Jurnalistin çempionatla bağlı miqrant fəhlələr arasında real ölü sayı ilə bağlı sualını əl-Tavadi belə cavablandırıb: "Təxminən 400-ə yaxın, 400-500 arasıdır. Məndə dəqiq rəqəm yoxdur. Bu məsələ müzakirə olunur".
Ali Komitənin 2014-cü ildən 2021-ci ilin sonunadək açıqladığı hesabatlarda stadionların tikintisi və yenidənqurulmasında işləyənlər arasında ölü sayının 40 olduğu göstərilir. Qətər bu ölümlərin 37-ini işlə bağlı olmayan insidentlər adlandırır, məsələn ürək tutması kimi səbəblərdən baş verdiyini deyir. Yalnız üç nəfərin iş yerində öldüyü qeyd olunur. Bir fəhlənin isə koronavirus pandemiyası dövründə virusdan öldüyü xəbər verilib.
"FIFA və Qətər çox suallara cavab verməlidirlər, bu adamlar harada, nə zaman, necə ölüblər, ailələri kompensasiya alıbmı", - Londonda yerləşən, Yaxın Şərqdə miqrant işçilərin hüquqlarını müdafiə edən "Fairsquare" təşkilatından Nikolas Makgihan deyib.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Ajda Pekkanın 72 yaşlı bacısının hovuz görüntüsü gündəm oldu - (Video)
-
120 il yaşamaq üçün nə edək?
-
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
-
Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...
-
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
-
Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)
-
Güclü və parlaq saçların sirri: İtalyan üsulu saç yuma
-
Zelenski təcili Kiyevə qayıdır
-
Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO
-
Dəniz suyunu günəş işığı ilə içməli suya çevirdilər
-
Bakıda “Prius”la toqquşan BYD aşdı - (Video)
-
Albalı mürəbbəsini qatılaşdırmağın 4 yolu
-
Günün qoroskopu: Daxili gücünüzə və intuisiyanıza güvənin
-
Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (Foto)
-
Rusiya PUA-larla Kiyevə hücum edib
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
-
Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötüb
-
Aleksandr Plüşenko Azərbaycanı təmsil edəcək - rəsmi
-
İlham Əliyevlə Ursula fon der Lyayenin səmimi söhbəti (Video)
-
Alman mətbəxinin ən sevilən şirniyyatlarından biri: Windbeutel resepti
-
Venesuelada 7 günlük matəm elan edildi
-
Samuxda “MAZ” çaya aşdı - Sərhədçimiz öldü - Yenilənib





