MEDİA “Azərbaycan Prezidentinin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrini açıqlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.
Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.
Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir.
Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti - 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.
Sorğu nəticələrinin təhlili Prezident İlham Əliyevə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada Prezident İlham Əliyev ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir - respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.
Qeyd edək ki, ictimai rəy sorğusu 2026-cı il mayın 20-dən 30-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.
Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var
-
Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi
-
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
-
Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
-
MEDİA “Azərbaycan Prezidentinin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrini açıqlayıb
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi
XƏBƏR LENTİ
-
İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır
-
Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var
-
Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir
-
İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür
-
Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır
-
Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk
-
İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik
-
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər
-
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
-
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub (Foto)
-
“Ağalarına itaət etməsələr, İran onlara dərs verəcək”
-
Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi
-
Edin Dzeko bir işarəsi ilə bütün komandanı susdurdu (Video)
-
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
-
Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
-
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - (Foto)
-
MEDİA “Azərbaycan Prezidentinin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrini açıqlayıb
-
"Liverpul" yeni transfer etdi
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi
-
Nizami Tibb Mərkəzində qalmaqal - İşçi döyüldüyünü iddia etdi - TƏBİB-dən açıqlama - Yenilənib - (Video)
-
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub
-
"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" - (Video)
-
Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Gilas boldur, ucuzdur amma satılmır: Məhsul xarab oldu





