Yeni Suraxanı və Hövsanda evlər 35%-ə qədər bahalaşacaq - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Suraxanı-Hövsan dəmiryolu xəttinin bərpası istiqamətində söküntü işlərinə başlanılması bölgədə daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.
Daşınmaz əmlak bazarı üzrə müşahidələrə əsasən, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması adətən həmin ərazilərdə yaşayışa tələbi artırır və nəticədə evlərin qiymətində bahalaşma müşahidə olunur. Ekspert qiymətləndirmələrinə görə, layihə tam başa çatdıqdan və dəmiryolu xətti istifadəyə verildikdən sonra Yeni Suraxanı və Hövsanda həm həyət evlərinin, həm də mənzillərin qiymətlərində artım gözlənilir.
Milli.Az-ın araşdırmasına görə, hazırda Yeni Suraxanı və Hövsanda həyət evlərinin böyük hissəsi 90 000-140 000 manat aralığında təklif olunur.
Layihənin uğurla yekunlaşması və nəqliyyat əlaqələrinin yaxşılaşması halında bu evlərin qiymətinin orta hesabla 20-35 faiz bahalaşacağı proqnozlaşdırılır. Belə ki, hazırda 100 000 manata satılan həyət evi gələcəkdə 120 000-135 000 manata, 150 000 manatlıq ev isə 180 000-200 000 manata qədər yüksələ bilər.
Bina mənzilləri bazarında da oxşar tendensiya gözlənilir. Hazırda ərazidə mənzillərin qiyməti əsasən 75 000-140 000 manat arasında dəyişir. Dəmiryolu xətti istifadəyə verildikdən sonra mənzillərin orta hesabla 15-30 faiz bahalaşacağı ehtimal edilir. Bu halda 100 000 manatlıq mənzilin qiyməti 115 000-130 000 manata, 130 000 manatlıq mənzil isə 150 000-165 000 manata qədər arta bilər.
Ən böyük qiymət artımının dəmiryolu stansiyalarına yaxın, çıxarışlı və nəqliyyat baxımından əlverişli mövqedə yerləşən daşınmaz əmlaklarda müşahidə olunacağı gözlənilir. Bununla yanaşı, layihənin icra müddəti, ümumi iqtisadi vəziyyət və daşınmaz əmlak bazarındakı dəyişikliklər də qiymətlərin formalaşmasına təsir göstərəcək əsas amillərdən olacaq.
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov
DİGƏR XƏBƏRLƏR
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
XƏBƏR LENTİ
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
"Sabah" hesabı bərabərləşdirir - CANLI - YENİLƏNİR
-
“Brent” neft ucuzlaşdı
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
-
Sabah iki rayonda qaz olmayacaq
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu





