Hadisə

Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var

1 İyul 2026 19:43
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Samuxda ölümlə nəticələnən hadisə baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "MAZ" markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.

Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.