Şəhla müəllim hilk dəfə məhkəməyə gəldi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə iclasında ittiham aktı elan edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə müdafiə etdiyi şəxsin yanında əyləşdirilməsini xahiş edib.
Vəsatət təmin edilib.
Vəkilin ikinci vəsatəti prosesin qapalı keçilməsini ilə bağlı olub.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, Şəhla Kamilova şagirdə irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib.
Daha sonra yeniyetmə atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.
İttihama münasibət bildirən təqsirləndirilən özünü qismən təqsirli bilib.
Məhkəmənin növbəti iclas iyulun 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
Zərərçəkmiş müəllim Şəhla Kamilova da ilk dəfə olaraq prosesdə iştirak edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Şəhla müəllim hilk dəfə məhkəməyə gəldi
-
Bakıda dayanacaqda kişi qəfil öldü - (Foto)
-
Nizami Tibb Mərkəzində qalmaqal - İşçi döyüldüyünü iddia etdi - (Video)
-
Bakıda evdən meyit tapıldı
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Bir kliklə "WhatsApp"nı ələ keçirdilər - Vətəndaşın adından yaxınlarından pul istədilər
XƏBƏR LENTİ
-
Əməkdar artist efirdə anasından danışıb ağladı - (Video)
-
DİM-dən iyulun 5-də imtahan verəcək abituriyentlərə xəbərdarlıq
-
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
-
AFFA rəsmisinə UEFA-dan təyinat
-
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
-
Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı
-
Deniz Akkaya saxlanıldı
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Tolik: “Qızım 2 gündür xəstədir”
-
Şəhla müəllim hilk dəfə məhkəməyə gəldi
-
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
-
Nurlana Əliyeva vəfat etdi
-
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır?
-
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri məhkəmə zalından azadlığa buraxılıb
-
DÇ-2026: 6 milli komanda meydana çıxacaq
-
Oxu.az xəbər saytının 13 yaşı tamam olur
-
Rusiyada erməniəsilli bloqer cərimələndi
-
Tramp kriptovalyutadan 1 milyard dollar qazanıb
-
Müjdat Həsənov Türkiyədəki səfirliyimizə müşavir təyin olundu
-
Sabah 35 dərəcə isti olacaq
-
Ən aşağı faizlə kredit verən 5 bank - Reallıq, yoxsa reklam oyunu?
-
Röyanın ilk dəfə Anarla nişan Fotosu üzə çıxdı
-
Mbappe Messini keçdi





