Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib.
Milli.Az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə məlumatı "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb.
O, bildirir ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada onun cəsədini tapıb.
Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb:
"Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) "Instagram"da mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi. Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona Gürcüstanda birlikdə yaşamaq, işləmək təklif edib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıblarmış, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi olan oğlan qızın telefonunu lombarda qoyub, bundan əvvəl isə qızı amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb. Döyülmüş və yad bir ölkədə hər şeysiz, köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və onun üçün mənzil kirayələyəcəyini, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana geri aparacağını deyib. Lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı kiçik bacısı onu axtarmağa başlayanda həmin erməni qadına zəng edib, ikinci gündür bacısı ilə əlaqə saxlaya bilmədiyini deyib. Ondan xahiş edib ki, gedib mənzilinə baxsın. Erməni qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş. Həmin erməni qadın polisə zəng edib, hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb və mənzildə qızın cəsədini tapıblar. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub. Mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.
Medianı bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, artıq üç ölkəyə toxunan bu femisid işinin materiallarını öyrənmək imkanımız olsun", - deyə Baia Pataraia yazıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi
-
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub
-
Gilas boldur, ucuzdur amma satılmır: Məhsul xarab oldu
-
Elnur Hidayətoğlu TƏBİB-dən getdi
-
Azərbaycan Hava Yolları Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
XƏBƏR LENTİ
-
İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır
-
Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var
-
Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir
-
İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür
-
Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır
-
Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk
-
İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik
-
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər
-
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
-
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub (Foto)
-
“Ağalarına itaət etməsələr, İran onlara dərs verəcək”
-
Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi
-
Edin Dzeko bir işarəsi ilə bütün komandanı susdurdu (Video)
-
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
-
Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
-
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - (Foto)
-
MEDİA “Azərbaycan Prezidentinin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrini açıqlayıb
-
"Liverpul" yeni transfer etdi
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi
-
Nizami Tibb Mərkəzində qalmaqal - İşçi döyüldüyünü iddia etdi - TƏBİB-dən açıqlama - Yenilənib - (Video)
-
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub
-
"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" - (Video)
-
Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Gilas boldur, ucuzdur amma satılmır: Məhsul xarab oldu





