Kulinariya

Alman mətbəxinin ən sevilən şirniyyatlarından biri: Windbeutel resepti

1 İyul 2026 22:51
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Almaniyada uzun illərdir sevilərək yeyilən Windbeutel fransız mətbəxinin "choux" xəmirindən hazırlanan profiterola bənzər bir şirniyyatdır. Çölü xırçıltılı, içi isə yumşaq krem ilə doldurulmuş bu ləzzət xüsusi günlər və çay saatları üçün əla seçimdir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
Xəmiri üçün:

1 stəkan su

100 qram kərə yağı

1 stəkan un

4 ədəd yumurta

Bir çimdik duz

İçlik üçün:

200 ml maye qaymaq

2 xörək qaşığı pudra şəkəri

1 paket vanilin

Üzəri üçün: Pudra şəkəri.

Hazırlanması:
Bir qazana suyu, kərə yağını və duzu əlavə edin. Kərə yağı tam əridikdən sonra unu tökün və xəmir top halına gələnə qədər fasiləsiz qarışdırın.

Xəmiri bir neçə dəqiqə qovurduqdan sonra ocaqdan götürün və ilıq hala gəlməsini gözləyin.

İlıq xəmirə yumurtaları bir-bir əlavə edin. Hər yumurtadan sonra mikser və ya spatula ilə yaxşıca qarışdırın ki, hamar və parlaq bir tekstura alınsın.

Hazırladığınız xəmiri konditer torbasına (sıxma torbası) doldurun və yağlı kağız sərilmiş soba qabına qoz böyüklüyündə parçalar sıxın.

Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada təxminən 20-25 dəqiqə bişirin. Bişmə zamanı sobanın qapağını qətiyyən açmayın, əks halda xəmiriniz sönə bilər.

Şirniyyatlar soyuyarkən maye qaymağı, pudra şəkərini və vanilini mikserlə çalaraq krem hazırlayın.

Soyumuş xəmirləri ortadan iki yerə bölün və ya alt hissəsindən kiçik bir dəlik açaraq içərisini krem ilə doldurun. Üzərinə pudra şəkəri səpərək servis edin.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.