İdman

DÇ-2026: İngiltərə 1/8 final mərhələsinə yüksəlib

1 İyul 2026 22:08
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Milli.Az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında İngiltərə və Konqo Demokratik Respublikası milliləri üz-üzə gəlir.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qeyd edək ki, oyunun qalibi 1/8 finalda Meksika ilə qarşılaşacaq.

Oyunda hesabı afrikalılar açıb. Brian Cipenqa 7-ci dəqiqədə hesabı açıb. Fasilədən sonra hücumlarının sayını artıran ingilislər Harri Keynlə hesabı bərabərləşdirməyi bacarıb.

DÇ-2026
1/16 final
1 iyul
20:00. İngiltərə - Konqo Demokratik Respublikası 1:1

Qol: Cipenga, 7, Keyn, 75

İngiltərə: 1. Cordan Pikford, 2. Ezri Konsa, 3. Niko Orayli, 6. Mark Qehi, 25. Ced Spens, 4. Deklan Rays, 8. Elliot Anderson, 10. Cud Bellingem, 11. Markus Reşford, 20. Noni Madueke, 9. Harri Keyn (k)

Ehtiyat oyunçular: 13. Din Henderson, 23. Ceyms Trafford, 5. Con Stounz, 12. Trevo Çaloba, 15. Den Börn, 24. Ris Ceyms, 26. Carel Kuansa, 14. Cordan Henderson, 16. Kobbi Meynu, 17. Morqan Rocers, 21. Ebereçi Eze, 7. Bukayo Saka, 18. Entoni Qordon, 19. Olli Uotkins, 22. Ayven Toni

Baş məşqçi: Tomas Tuxel

Konqo Demokratik Respublikası: 1. Lionel Mpasi, 2. Aron Van-Bissaka, 4. Aksel Tuanzebe, 22. Şansel Mbembe (k), 26. Artur Masuaku, 6. Nqalayel Mukau, 7. Natanael Mbuku, 8. Samuel Motussami, 14. Noa Sadiki, 9. Brian Cipenqa, 20. Yoane Vissa

Ehtiyat oyunçular: 16. Timoti Fayulu, 21. Mattyö Epolo, 3. Stiv Kapuadi, 5. Dilan Batubinsika, 12. Coris Kayembe, 24. Jedeon Kalulu, 10. Teo Bonqonda, 15. Aaron Tşibola, 18. Şarl Pikel, 25. Edo Kayembe, 11. Qael Kakuta, 13. Meşak Elia, 17. Sedrik Bakambu, 19. Fiston Mayele, 23. Simon Banza

Baş məşqçi: Sebastyen Desabre

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.