İdman

İspaniya millisi yeni rekord vurdu

24 Noyabr 2022 08:52
Baxış: 1 542
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniya millisi dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Pireney təmsilçisi buna Qətərdəki mundialda Kosta Rika yığmasını 7:0 hesabı ilə darmadağın etdikləri E qrupunun ilk tur oyununda 81,7 faizlik göstərici ilə nail olub.

Əvvəlki rekord Argentina yığmasına məxsus olub - 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə çatıb. 3-cü pillədə DÇ-2018-in Rusiya - İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.