Bakıda UBO Dünya çempionu kəməri uğrunda döyüşlər keçiriləcək
Bakıda UBO (Universal Boxing Organization) Dünya çempionu kəməri uğrunda keçiriləcək döyüşün Mətbuat konfransı keçirilib.
Peşəkar boks gecəsi 19.11.2022 tarixində Boks Federasiyasının arenasında keçiriləcəkdir. Yarışda Azərbaycan boksçuları ilə bərabər Pakistan, Küveyt və Türkiyə idmançıları da iştirak edəcəklər. Ümumilikdə müxtəlif çəki dərəcələrində 7 döyüş keçiriləcək.
Gecənin əsas döyüşü isə orta-ağır çəki dərəcəsində türkiyəli boksçu Hasan Kubilay Alcu və azərbaycanlı idmançı Ayxan İsmayılov arasında "UBO-nun dünya çempionu kəməri" uğrunda döyüş olacaq.
Həmçinin bu yarışda Dünya çempionatının mükafatçısı Sərxan Əliyəv, Avropa Oyunları və İslam Oyunlarının mükafatçısı, Olimpiya Oyunlarının iştirakçısı Tayfur Əliyev, peşəkar boskda 22 döyüşündən 17-si qələbə ilə (16 nokaut) nəticələnən Taryel Cəfərov da iştirak edəcək.
Boks gecəsi "Azerbaycan Peşəkar Boks Federasiyası"-nın dəstəyi, "Karapapak Fight Club and Promotion", "MCM Fight Club and Promotion" və "TGA Promotion and Management"-in birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Gecədə fəxri qonaq qismində həmçinin WBC Silver Asia ve WBC international çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı iştirak edəcəkdir.
Xatırlatmaq istərdik ki, bu artıq Azərbaycanda bu il baş tutan 13-cü peşəkar boks yarışı və 3-cü kəmər döyüşüdür.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az