İdman

"Qarabağ" Ukrayna millisinin forvardı ilə maraqlanır - FOTO

14 Noyabr 2022 21:29
Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" ötən yaydan etibarən Ukrayna millisinin və "Dinamo"nun (Kiyev) futbolçusu Artyom Besedinlə maraqlanır.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə "Sport.ua" məlumat yayıb. 26 yaşlı hücumçunun qış transfer pəncərəsində Ağdam təmsilçisinə keçəcəyi gözlənilir.

Mənbəyə görə, futbolçunu heyətinə qatmaq istəyən klublar arasında Türkiyənin "Kasımpaşa" və "Sivasspor" komandaları da var.

Qeyd edək ki, Artyom Besedin 2014/15 mövsümündən çıxış etdiyi "Dinamo"da (Kiyev) ümümilikdə 149 oyuna çıxıb. O, bu müddətdə 35 qol və 10 qol ötürməsi verib. Forvard 2016-2021-ci illər ərzində isə 19 oyunda Ukrayna millisinin formasını geyinib və 2 qol vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.