İdman

Avropa Gimnastikasının 29-cu Konqresi təşkil olunacaq

12 Noyabr 2022 16:49
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 2-i və 3-də Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının 29-cu Konqresi təşkil olunacaq.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Milli.Az-a verilən məlumata görə, konqres çərçivəsində qurumun rəhbərliyi, Texniki Komitələri və komissiyalarına seçkilər baş tutacaq.

AGF tərəfindən Yevgeniya Vilyayevanın bədii gimnastika, Ruslan Eyvazovun gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə "TeamGym" idman növü üzrə Avropa Gimnastikasının Texniki Komitələrinin üzvlüyünə namizədlikləri irəli sürülüb.

Məlumat üçün bildirək ki, AGF yarandığı dövrdən müvafiq Avropa və beynəlxalq gimnastika qurumları ilə sıx əməkdaşlıq edir. Ötən il AGF-nin idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə FIG-nin Atletlər Komissiyasının üzvü seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.