İdman

"Qarabağ" "Frayburq"la matça itkilərlə çıxır - ADLAR

3 Noyabr 2022 12:14
Baxış: 2 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu üzrə bu gün "Frayburq"la qarşılaşacaq.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin heyətində itkilər var. Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirilən mətbuat konfransında zədəlilərin son durumunu açıqlayıb:

"Leandro Andrade və Bədavi Hüseynov sabah olmayacaq. Andrade hələ ki, hazır deyil. Hətta deyərdim ki, zədəsini yeniləyib. Qara isə bizimlə məşq etmir. Sabah onun heyətdə yer alıb-almayacağı hələ bilinmir".

Qeyd edək ki, "Qarabağ" - "Frayburq" matçı Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory