İdman

Şahmat üzrə 12-ci dünya çempionu Bakıya gəlir

25 Oktyabr 2022 18:20
Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur sovet və Rusiya şahmatçısı, 12-ci dünya çempionu Anatoli Karpov "Dünya çempionu" filminin təqdimatı üçün Bakıya gələcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün şahmatçı özü TASS agentliyinə açıqlamasında deyib.

O qeyd edib ki, filmin Bakıdakı təqdimatı oktyabrın 26-da keçiriləcək.

Şahmatçı bildirib ki, bundan əvvəl filmin İsveçrədə təqdimatı keçirilsə də, ona viza verilmədiyi üçün tədbirdə iştirak edə bilməyib. Bundan başqa, filmin təqdimatı həm də İtaliyada olub.

2021-ci ildə rejissor Aleksey Sidorov tərəfindən çəkilmiş "Dünya çempionu" filmi Anatoli Karpovun 1978-ci ildə Viktor Korçnoyla dünya çempionluğu uğrunda matçı haqqında bəhs edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.