İdman

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqladı

22 Oktyabr 2022 18:20
Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA prezidenti Canni İnfantino transfer bazarındakı dəyişikliklərdən danışıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 52 yaşlı funksioner yeni müddəaların noyabrın 16-da qüvvəyə minəcəyini xatırladıb.

İnfantino ali futbol qurumunun informasiya mərkəzinin qaydaları təsdiqlədiyini bildirib: "Köçürmələrlə bağlı bütün ödənişlər mərkəzdən keçəcək. İlk olaraq futbolçuları yetişdirən klublara təzminatın ödənilməsindən başlayacağıq. Bəzi kiçik klublar həvəskardır və pul istəməyə imkanlara yoxdur. Sistemi avtomatlaşdırmaq qərarına gəldik. Bu, kiçik klubların həyatını dəyişəcək. Gəlirin ədalətli bölüşdürülməsini dəstəkləyən sistemə ehtiyac var idi".

FIFA prezidenti bəzi şəxslərin oyunçuların keçidindən sui-istifadə etdiyini söyləyib: "Hüquq-mühafizə orqanları köçürməni araşdırmağa başlayanda qəribə ödənişlər tapırlar. Bu, artıq olmayacaq, transfer bazarına şəffaflıq gətirəcəyik. Buna nəzarət etmək və pulun lazım olan yerə getməsinə əmin olmaq istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.