İdman

Gövhər tarix yazdı

22 Oktyabr 2022 08:00
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Gövhər 10-cu turda Zala Ur (Sloveniya) ilə heç-heçə edib. Yarım xal qazanan şahmatçımız xallarının sayını 8,5-ə çatdırıb. Reqlamentə görə, xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır. Ona görə də Gövhər son turda uduzsa belə, əsas rəqibi Assel Serikbayla (Qazaxıstan) şəxsi oyunda üstünlüyə malik olduğu üçün nəticə dəyişməyəcək. Beydullayeva birinci yerdə qalacaq.

Qeyd edək ki, G.Beydullayeva Azərbaycan şahmat tarixində ilkə imza atıb. Gövhər 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçımızdır. Ümumlikdə isə Azərbaycan şahmatçılarından yalnız Şəhriyar Məmmədyarov iki dəfə U-20 dünya çempionatının qalibi olub. O, 2003-cü ildə Naxçıvanda keçirilən, 2005-ci ildə isə İstanbulda baş tutan dünya çempionatlarının qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.