İdman

Messi bu erməniyə yüksək vəzifə verdi - Var-dövlətini idarə edəcək

20 Oktyabr 2022 11:48
Baxış: 2 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin hücumçusu Lionel Messi investisiya şirkəti qurub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. O bildirib ki, "Play Time Sports-Tech HoldCo LLC " adlı şirkət texnologiya, media və idmana sərmayə qoyacaq. O, dünyanın hər yerindən cəsur investorlarla işbirliyi quracağı üçün çox sevincli olduğunu qeyd edib. Məlumata görə, şirkətin əsas ofisi San-Fransisko şəhərində yerləşəcək. Şirkət insanların texnologiya və futbola dair şirkət qurmalarına dəstək verəcək, klublara investisiya qoymaq istəyənlər üçün şərait yaradacaq.

Məlumata görə, "Play Time" şirkəti investisiya şirkəti olan "Graph Ventures"un tərəfdaşı erməni əsilli Razmiq Ovaqimyan tərəfindən idarə olunacaq. "Advisors LLC"nin qurucu tərəfdaşı Mişel Markez isə Messinin şirkətində özəl məsləhətçi kimi işləyəcək. Şirkət Messinin özünün də əsas investisiya vasitəsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.