İdman

Ronaldo oyun bitməmiş getdi - VİDEO

20 Oktyabr 2022 14:28
Baxış: 1 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldo növbəti qalmaqalla gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı oyunçu İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"ə 2:0 qalib gəldikləri oyun başa çatmamış stadionu tərk edib. 

O, meydana çıxmadığı üçün əsəbiləşərək paltardəyişmə otağına yollanıb. 

Qeyd edək ki, Ronaldo bundan əvvəl oktyabrın 2-i keçirilən "Mançester Siti" ilə matçda da (3:6) ehtiyat oyunçular skamyasında qalmışdı. Həmin vaxt Ten Haq Ronaldonun karyerasına hörmət etdiyi üçün onu hesabda geridə olduqları oyunda meydana buraxmadığını söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.