İdman

"İkinci hissədə oyuna nəzarəti itirdik"

7 Oktyabr 2022 07:19
Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ispaniyalı mütəxəssis 0:3 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Matça çox yaxşı başladıq. Ümumilikdə oyuna nəzarət edirdik. İkinci hissədə isə səhvlərimiz oldu. Bu turnirdə isə səhvə yol verəndə cəzasını çəkirsən. Uduzanda mütləq nəyəsə peşman olursan. Əvəzetmələr yerində idi. Sadəcə, alınmadı. Oyuna nəzarəti itirdik və əks hücumda qol buraxdıq. Bundan sonra səhvlərimizi görməli, onları düzəltməyi öyrənməli və hansı kluba aid olduğumuzu bilməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.