İdman

Dünya Güləş Birliyi “Paris-2024”ün lisenziya reqlamentini açıqlayıb

29 Sentyabr 2022 08:13
Baxış: 512

Dünya Güləş Birliyi (UWW) "Paris-2024" üçün təsnifat reqlamentini açıqlayıb.

Tokio Olimpiadasında olduğu kimi, qarşıdan gələn Olimpiya Oyunlarında da 18 (6 sərbəst, 6 yunan-Roma, 6 qadın güləşi) çəkidə 288 idmançı çıxış edəcək. Hər kateqoriyada 16 güləşçi mübarizə aparacaq.

Yenə hər ölkənin idmançıları üçün 3 lisenziya turniri Olimpiadaya vəsiqə qazanmaq şansı verəcək. 2023-cü ilin sentyabrın 16-dən 2024-cü ilin mayın 12-dək - 8 aylıq müddətdə 288 lisenziya sahibini tapacaq.

İlk lisenziya yarışı gələn ilin sentyabrında keçiriləcək dünya çempionatı olacaq. Bu dəfə fərq ondadır ki, hər olimpiya çəkisində 6 yox, 5 idmançı "Paris-2024"də iştirak hüququ əldə edəcək. Medal qazanan idmançılarla yanaşı, bürünc medal görüşündə məğlub olan 2 güləşçi arasında keçiriləcək qarşılaşmanın qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

2024-cü ildə isə əvvəlcə hər qitə üzrə təsnifat turnirlərinin finalçıları Olimpiadada yerini təmin edəcək. Sonuncu lisenziya yarışı mayda baş tutacaq. Dünya Təsnifat turnirində hər çəkidə 3 idmançı "Paris-2024"ə bilet əldə edəcək. Finalçılarla yanaşı, 3-cü yer uğrunda görüşün qalibi lisenziya qazanacaq. Bununla da Olimpiya Oyunlarının bütün iştirakçıları müəyyənləşəcək.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics