İdman

"Qarabağ" Çempionlar Liqasında oynamalı idi" - "Frayburq"un baş məşqçisi

8 Sentyabr 2022 21:21
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ " - "Viktoriya" matçlarını izlədim. Çexlər cəmi iki dəfə qapıya zərbə vurdu və layiq olmadığı qələbəni qazandı.  Bu, cavab oyunu idi. Əks halda, "Qarabağ" Çempionlar Liqasına düşəcəkdi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Frayburq"un baş məşqçisi Kristian Ştrayx Baden.fm-ə açıqlamasında deyib.
Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün "Qarabağ"ı qəbul edəcək Almaniya klubunun çalışdırıcısı Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:

"Qarabağ " "Lex" , "Sürix" və "Ferentsvaroş"u məğlub edib. Bu, lazımi keyfiyyətlərə malik komandadır - həm futbol baxımından, həm də taktiki baxımdan. " Qarabağ " hər il avrokuboklarda oynayır . Onlara qarşı sadəcə, düzgün oynasaq, bərabər səviyyədə olarıq".

Xatırladaq ki, "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.