İdman

"Fənərbağça" 60 milyonluq futbolçunu transfer edir

1 Sentyabr 2022 12:37
Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in futbolçusu Antoni Marsialı icarə əsasında heyətinə qatmaq üçün qarşı tərəfə təklif verib. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.  

Xəbərə görə "Fənərbağça"nın baş məşqçisi Jorji Jesus da bu keçidə razılıq verib.

Qeyd edək ki, 2015-ci ildə 60 milyon avro qarşılığında "Monako"dan "Mançester Yunayted"ə transfer olan fransalı hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Sevilya"da keçirib. Yenidən "qırmızı şeytanlar"a geri dönən 26 yaşlı oyunçu hazırda davam edən mövsümdə heyətə düşməkdə çətinlik çəkir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.