İdman

Siyana Vasileva ilk dəfə idmançılara vebinar keçib

1 Sentyabr 2022 11:04
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə birgə video-konfrans formatında idmançılar üçün onlayn vebinar keçirib.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, vebinara dünyanın hər bir yerindən 30 nəfəri Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü olmaqla 600-dən çox gimnast qoşulub.

Sözügedən görüşdə Bolqarıstanın Sofiya şəhərində keçiriləcək dünya çempionatının və digər yarışların təşkili, FIG tərəfindən tanınan alətlər, gimnastika geyimləri və aksesuarlar, gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması, anti-dopinq, STS təhsil sistemi kimi müxtəlif mövzularda müzakirələr aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.