İdman

Məhəmməd Əlinin nəvəsi nokautla növbəti qələbəsini qazandı

22 Avqust 2022 17:56
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Əli Niko Əli Uolş ardıcıl 6-cı döyüşündən qalib ayrılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu dəfə Reyes Sançeslə qarşılaşmanın 2-ci raundunda bədən gövdəsinə sərt zərbələrdən sonra nokaut qeydə alınıb.

ABŞ-ın San Dieqo şəhərindəki "Pechanga Arena"da təşkil olunmuş qarşılaşmanın ardından Uolş deyib: "Özümü mükəmməl hiss edirəm. Bu, xüsusi qələbədir, çünki revanş döyüşü idi. Ağır iş sayəsində göstərdim ki, yeni qalib özüməm. Hər bir qalibiyyətimin arxasında məşqçilərim və promouter Bob Arum kimi dahilər durur".

Qeyd edək ki, Əli Niko Əli Uolş peşəkar rinqdə təqribən bir il əvvəl babasının məşhurlaşdığı ağ "Everlast" şortları ilə debüt edib. İndiyədək o, 5-i nokautla, 1-i isə hakimlərin qərarı ilə olmaqla, 6 qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.