İdman

“Ferentsvaroş”un oyunu təxirə salındı

31 İyul 2022 20:42
0 Şərh     Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda "Zalaegerseq"lə keçirməli olduğu oyun təxirə salınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Budapeşt təmsilçisi "Qarabağ"la matça daha yaxşı hazırlaşmaq üçün Macarıstan Futbol Assosiasiyasına müraciət edib və müsbət cavab alınıb. Matçın yeni vaxtı daha sonra açıqlanacaq.

Yeri gəlmişkən, "Ferentsvaroş" bu gün yerli çempionatda mövsümün ilk oyununa çıxacaq. Komanda ilk turda "Puşkas Akademiya"sını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-da Budapeştdə keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.