İdman

"Neftçi"nin oyunu təxirə salınacaq? - AÇIQLAMA

30 İyul 2022 19:57
0 Şərh     Baxış: 2 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyiniz kimi, "Neftçi" dünən UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr "Aris"ini 3:0 hesabıyla məğlub edərək turnirin 3-cü raunduna vəsiqə qazanıb.

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, "ağ-qaralar" bu mərhələdə Avstriyanın "Rapid" klubu ilə üz-üzə gələcək. Tərəflər arasında ilk qarşılaşma avqustun 4-də Bakıda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Vyanada baş tutacaq.

Məsələ burasındadır ki, həmin ərəfədə - avqustun 5-də Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü də start götürəcək. Belə ki, "Neftçi" ilk turda "Şamaxı" ilə qarşılaşacaq.

Bəs görəsən, paytaxt təmsilçisi avrokubok matçına görə, bu oyunun ləğv edilməsi üçün PFL-ə müraciət edəcək?

Sualımızı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev cavabladı. Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bildirdi ki, bununla bağlı konkret addımın atılıb-atılmayacağı dəqiq deyil. Onun sözlərinə görə, bu məsələyə həftənin birinci günü aydınlıq gələ bilər:

"Bununla bağlı hələlik nəsə deyə bilmərəm. "Şamaxı" ilə oyun təxirə salına da bilər, salınmaya da. Hazırda bu yöndə müzakirələr aparılır. Bu məsələyə həftənin birinci günü aydınlıq gələ bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.