İdman

Kevin Medinanın durumu açıqlandı

28 İyul 2022 20:58
0 Şərh     Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə cavab görüşündə zədələnən futbolçusu Kevin Medina növbəti mərhələdə Macarıstan "Ferentsvaroş"u ilə ilk görüşü buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov danışıb. O, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib:

"Bilirik ki, Kadi Borges, Riçard Almeyda və Kevin Medina oynamayacaq. Bu, dəqiqdir. Əlimizdəki digər oyunçulara çox güvənirik. Buna uyğun dəyişikliklər edə bilərik. Medina buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq".

Xatırladaq ki, K.Medina "Sürix"lə oyunun 40-ci dəqiqədə zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu meydanı ağlayaraq tərk edib. Onu 44-cü dəqiqədə Bədavi Hüseynov əvəzləyib.

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.