İdman

Mbappeyə görə Avropa məhkəmələrinə müraciət olunacaq

22 İyul 2022 23:25
0 Şərh     Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İspaniya La Liqasının nümayəndələri Fransa millisinin hücumçusu Kilian Mbappenin PSJ ilə bu ilin mayında imzaladığı yeni müqavilənin ləğvi üçün Paris inzibati məhkəməsinə müraciət edib.

Milli.Az "report"a istinadən bildirir ki, vəsatət təcili xarakter daşımadığından təmin olunmayıb.

İspaniya tərəfinin hüquqlarını müdafiə edən vəkili Xuan Branko bildirib ki, ilk cəhdləri güclü müqavimətlə qarşılaşsa da, bu, hələ başlanğıcdır: "Bir neçə ay sonra Avropa məhkəmələrinə müraciət ünvanlayacağıq".

Qeyd edək ki, Kilian Mbappe ötən mövsümün sonunda İspaniya "Real Madrid"i ilə anlaşsa da, sonradan PSJ ilə müqavilənin müddətini daha 2 il uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.