İdman

Azərbaycan çempionu ABŞ-da "bomj" tərəfindən DÖYÜLDÜ - VİDEO

12 İyul 2022 19:24
0 Şərh     Baxış: 2 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rabitə" ilə Azərbaycan çempionu titulu qazanan amerikalı voleybolçu Kimberli Qlass vətənində xoşagəlməz hadisə ilə üzləşib.

38 yaşlı veteran hücumçu Los-Ancelesdə "bomj" tərəfindən döyülüb. Qlassın sözlərinə görə, səfil həyatı sürən bir nəfər qəfil ona yaxınlaşıb və dəmir parçası ilə döyməyə başlayıb. Nəticədə hazırda modellik edən tanınmış voleybolçunun üz sümüklərində sınıqlar əmələ gəlib, sifəti göyərib. Kimberli bomjdan yaxınlıqdan keçən insanlar tərəfindən xilas edilib. Səfil isə polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, sabiq 4-cü zona oyunçusu 2011-ci və 2012-ci ildə Azərbaycan çempionu olub. ABŞ millisinin heyətində Pekin-2008-in finalçısı həmçinin "Rabitə" ilə klublararası dünya çempionatının qızıl medalına yiyələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.