İdman

Ekvadorda futbolçu 70 metrdən çox məsafədən qol vurub

13 İyul 2022 03:14
0 Şərh     Baxış: 1 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvadorun "İndependyente del Valye" klubunun futbolçusu Fernando Qaybor meydanın özlərinə aid hissəsindən baxımlı qol vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu, Qayborun komandasının "Kumbaya"ya 2:0 hesabı ilə qalib gəldiyi ölkə çempionatı matçında baş verib. 90+4-cü dəqiqədə rəqib qapıçının önə çıxdığını görən 31 yaşlı yarımmüdafiəçi topa zərbə endirib. Nəticədə 70,9 metr məsafədən qol qeydə alınıb. Bu, Ekvador futbolunda yeni rekorddur.

Qeyd edək ki, Fernando Qaybor oyuna sonradan daxil olub və meydanda cəmi 27 dəqiqə qalıb. Ekvadorlu futbolçu bu müddətdə sarı vərəqə ilə də yadda qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.