İdman

Keyni Almaniya nəhənginə buraxmırlar

11 İyul 2022 12:52
0 Şərh     Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Harri Keyn karyerasını Almaniyada davam etdirməyəcək.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O, "Tottenhem"in ingilis hücumçusunun "Bayern Münhen"ə keçəcəyi ilə bağlı xəbərlərə şərh verərkən bunu yalanlayıb. Jurnalistin sözlərinə görə, tərəflər arasında danışıq aparılmayıb. Üstəlik, İngiltərə klubu və baş məşqçi Antonio Konte ulduz forvardla ayrılmağı düşünmür. Hotspurlular ona yeni müqavilə təklif etmək istəyirlər.

Keynin "Tottenhem"lə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. O, ötən mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 27 qol vurub və 10 məhsuldar ötürmə verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.