İdman

Şarapova ABŞ-ın ən varlı qadınlarından biri oldu

15 İyun 2022 12:15
0 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova "Forbes" jurnalı tərəfindən ABŞ-ın ən varlı "self-made" (öz səyilə uğur qazanan) qadınlarından biri seçilib. İdmançı siyahıda 97-ci olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reytinq çərşənbə axşamı jurnalın saytında dərc edilib.

1995-ci ildən ABŞ-da yaşayan Şarapovanın sərvəti 220 milyon dollar qiymətləndirilib. Siyahıdakı digər idman nümayəndəsi isə 90-cı yeri tutan tennisçi Serena Uilyamsdır (260 milyon dollar).

Qeyd edək ki, Şarapovanın 35 yaşı var. O, peşəkar karyerasını 2020-ci ilin fevralında başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.