İdman

“Formula-1”: Maks Verstappen ən sürətli oldu - FOTOlar

12 İyun 2022 16:40
Baxış: 2 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:40

Bu gün 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin final mərhələsi keçirib və qalib müəyyən olunub.

Trend-in məlumatına görə, gərgin mübarizə şəraitində keçən yarışda Qran Prinin qalibi "Red Bull" komandasından Maks Verstappen olub.

İkinci yerdə "Red Bull" komandasından Serxio Peres, üçüncü yerdə isə "Mercedes" komandasının pilotu Corc Russell qərarlaşıb.

-------

15:00

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin final yarışına start verilib.

Belə ki , yarışın 3-cü günündə saat 15:00-17:00-da F1 pilotlarının Qran Pri uğrunda mübarizəsi davam edəcək.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.