İdman

Yığmamızın oyunlarına hakim təyinatları açıqlandı

5 İyun 2022 19:28
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və Qəbələdə hazırlıq keçən U-19 yığmamızın müvafiq olaraq Özbəkistanın və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

 

5 iyun 

19:00. Azərbaycan U-20 - Özbəkistan U-20
Bakı Olimpiya Stadionu, ehtiyat meydançası
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
 
7 iyun

17:00. Azərbaycan U-19 - Qazaxıstan U-19
Qəbələ şəhər stadionu
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rəhman İmam, Tural Qurbanov

19:00. Azərbaycan U-20 - Özbəkistan U-20
Bakı Olimpiya Stadionu, ehtiyat meydançası
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Əli Əliyev
 
 10 iyun

12:00. Azərbaycan U-19 - Qazaxıstan U-19
Qəbələ şəhər stadionu
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.