İdman

"De Byazi oyundan əvvəl də çox danışırdı, indi də"

4 İyun 2022 08:22
0 Şərh     Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Düşünürəm ki, oyunun başlanğıcı yaxşı alındı. İlk 25 dəqiqə yaxşı göründü. Təxminən 25-30 dəqiqə sonra ardıcıl top itkilərinə yol verdik və rəqib təşəbbüsü ələ keçirdi, müəyyən təhlükələr yaratdı".

Bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Moqamed Adiyev Millətlər Liqasının qrup mərhələsində yığmamıza qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni belə şərh edib: "Düşünürəm ki, ilk yarının sonunu bir az təşəbbüsü əldən verdik. İkinci hissədə çox yaxşı çıxış etdik. Orazovun əvəzlənməsi isə müəyyən qədər öz rolunu oynadı. O, oyunumuzu yüksəltdi. Şanslarımız, qollarımız oldu. Düşünürəm ki, biz ikinci yarını aktivimizə yaza bilərik".

Adiyev millimizin çalışdırıcısı Canni De Byazinin "Qazaxıstan yığmasının bəxti gətirdi" ifadəsinə belə münasibət bildirib: "Azərbaycan millisinin baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı, indi də. Biz az danışıb daha çox şey etməyə çalışan komandayıq. Buna əlavə edəcəyim heç nə yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.