İdman

Zidan PSJ-də nə qədər qazanacaq? - İNANILMAZ MƏBLƏĞ

1 İyun 2022 01:36
0 Şərh     Baxış: 2 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi yaxın günlərdə Zinəddin Zidanla görüşməyi planlaşdırır.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, informasiyanı şəxsi "Tvitter" hesabı üzərindən jurnalist Adrien Qrenye yayıb.

Mənbə Əl-Xelaifinin Zidanı baş məşqçi postuna gətirməyi qarşısına məqsəd qoyduğunu və 49 yaşlı mütəxəssisə illik 25 milyon avro əməkhaqqı ödəməyi hədəflədiyini vurğulayıb. Xəbərə görə, klub başqanı Zizunu razı sala biləcəyi halda, Paris təmsilçisinin indiki baş məşqçisi Maurisio Poçettino təzminat qarşılığında istefaya göndəriləcək.

Xatırladaq ki, Zinəddin Zidan 2021-ci ilin yayından işsizdir. Əlcəzair əsilli fransalı son olaraq "Real Madrid"i çalışdırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.